Türkiyə parlamenti öz işini DAYANDIRDIbackend

Türkiyə parlamenti öz işini DAYANDIRDI

Türkiyə parlamenti öz işini dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının rəhbəri Mustafa Elitaş məlumat verib.

Türkiyə Böyük Millət Məclisi (parlament) ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ ilə əlaqədar işini bir həftəlik dayandırıb.

Onun sözlərinə görə, qərarı parlamentdə təmsil olunan bütün siyasi partiyalar dəstəkləyib.

Elitaş əlavə edib ki, qanunvericilər zəlzələdən zərər çəkmiş vətəndaşlara dəstək vermək üçün fəlakət bölgəsində olacaqlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*