Türkiyə qırıcılarını havaya qaldırdı – Bu ölkəyə…backend

Türkiyə qırıcılarını havaya qaldırdı - Bu ölkəyə...

Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun missiyası çərçivəsində Baltikyanı ölkələrin hava sərhədlərinin qorunması üzrə növbətçiliyə başlayıb.

KONKRET.az xəbər verir ki, respublikanın Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Estoniyaya 5 ədəd F-16 təyyarəsi və şəxsi heyət yerləşdirilib.

Qüvvələrin köçürülməsi iyulun 31-də başa çatıb, tapşırıqların icrasına isə avqustun 1-dən başlanılıb və proses 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.

Qeyd olunub ki, Türkiyə aviasiyası daha əvvəl də alyansın Polşa və Rumıniyadakı bənzər missiyalarında iştirak edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*