Türkiyə QLOBAL MƏRKƏZƏ çevrilir: “Putinin bu strategiyası Kremli xilas edəcək”backend

Türkiyə QLOBAL MƏRKƏZƏ çevrilir: "Putinin bu strategiyası Kremli xilas edəcək"

“Türkiyə təbii qazın qlobal mərkəzinə çevrilə bilər. Putinin bu təklifi həm də Türkiyəni meydana dəvət etməkdir”.

KONKRET.az xəbər verir ki, bunları deyən araşdırmaçı yazar Zəfər Calayoğlu Rusiya liderinin bu addımını strategiya dərsi adlandırıb. Və bu dərs Kremlin xilasına hesablanıb.

Məsələni aydınlaşdırmaq üçün əlavə məlumat:

Pekindən Londona uzanan yeni İpək Yolu layihəsi (bir yol, bir kəmər) barədə məlumat vermişik. Layihənin şimal xətti Qazaxıstan-Rusiya, orta hissəsi Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə, cənub yolu isə özündə Türkmənistan-İran-Azərbaycan və Türkiyə tranzitlərini cəmləşdirir.

1. Rusiyanın sanksiya altında olması şimal xəttinin də Türkiyə ərazisindən keçidi anlamına gəlir.

Onsuz da, Kreml “Şimal axın”ları ilə ötürülən qazı da Türkiyə ərazisi ilə nəql etmək niyyətindədir.

2. Orta xətt ən təhlükəsiz tranzit hesab olunur. Çünki Bakı-Tbilisi-Ceyhan sınanmış marşrutdur.
3. Cənub xəttində Türkmənistan-İran və Zəngəzur dəhlizi əlavəsi var. İran isə buna mane olmaq fikrindədir.

Farslar cənub xəttini İran və “cicibacıları” olan Ermənistan ərazisi təmin etmək istəyirlər. Lakin Türkiyə-Ermənistan sərhədinin qapalı olmasını nəzərə almırlar. Buna görə də molla rejimində Naxçıvanın zəbti məsələsi vargar edir.

Göründüyü kimi, bütün xətlər Türkiyəyə aparır. Bu layihənin digər mühüm oyunçuları Qazaxıstan və Azərbaycandır. Türkiyəyə gəlincə, qardaş ölkə həm də taxıl koridorunu təmin edib.

Zəfər Calayoğlunun fikrinə qayıtsaq, TANAP-dan da bəhs edən ekspert bildirib ki, Trakya dünyanın mərkəzinə çevrilməkdədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*