Türkiyə Rusiya ilə münaqişəyə girmək istəmir – Ərdoğanbackend

Türkiyə Rusiya ilə münaqişəyə girmək istəmir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara indi Moskva ilə münaqişə etməməlidir.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinə çərşənbə axşamı zəng edəcəyini deyib.

Xatırladaq ki, bazar ertəsi gecə Suriyanın İdlib şəhərində Suriya hökumət ordusu ilə toqquşmalarda 8 türk əsgəri ölüb. Ankara hərbçilərinin ölümü üçün qisas alacağına söz verib. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları, eləcə də artilleriya qrupları İdlibdəki 40 hədəfə hücum ediblər.

Ərdoğan Rusiyanı Suriya ilə bağlı öhdəlikləri pozmaqda günahlandırıb. İdlibdə Əsədin hücumunu dayandırmaq üçün hərbi gücdən istifadə edəcəyini xatırladıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*