Türkiyə təkzib etdi – Minaaxtaran gəmilər Qara dənizdən keçməyibbackend

Türkiyə təkzib etdi - Minaaxtaran gəmilər Qara dənizdən keçməyib

Türkiyə hakimiyyəti Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmiləri Qara dənizdən keçirdikləri barədə məlumatları təkzib edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Türkiyə boğazlarda naviqasiya qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə riayət edir. Hakimiyyət həmçinin NATO müttəfiqlərini Ukrayna münaqişəsi davam edərkən hərbi gəmilərin Türkiyə boğazlarından keçməsinə icazə verməyəcəkləri barədə xəbərdar edib.

Dezinformasiyaya qarşı mübarizə mərkəzi əlavə edib ki, Böyük Britaniyanın Ukraynaya bağışladığı Türkiyənin Qara dəniz boğazlarından minaaxtaran gəmiləri keçirməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*