“Türkiyə və İranı böləcəklər” – Türkiyəli ekspertdən ilginc açıqlamabackend

"Türkiyə və İranı böləcəklər" - Türkiyəli ekspertdən ilginc açıqlama 

“Türkiyə və İranı böləcəklər, Səudiyyə Ərəbistanını parçalayacaqlar”.

 

KONKRET.az xəbər verir ki, bu barədə türkiyəli ekspert Adəm Kayar deyib.

Onun sözlərinə görə, qlobal güclər bölgə dövlətlərini kiçildəcəklər, şəhər dövlətlər yaradacaqlar.

Qərbin Türkiyə ilə bağlı amansız planları var. NATO ölkəsi olsa da, Türkiyə hər zaman təhlükələrdən qorunub. Amma bu gün artıq hücum zamanıdır. NATO ölkələri ilə ittifaqa zərər dəyməsin deyə qardaş ölkə çox məsələlərə göz yumub. Artıq bunlar geridə qaldı. Ekspert vurğulayır ki, lazım gəlsə Türkiyə İsraili vura bilər. “Türkiyə təhdid haradan gəlsə, oranı vura biləcək qüdrətə malikdir. Bu gün Suriyanı bölmək planı var. Suriya param-parça olarsa, Türkiyə dövlətini ciddi təhlükə gözləyir.

Ölkəmiz gözləməməlidir. PKK/YPG əli ilə ölkəmizə hücumun qarşısı daha tez alınmalıdır. Doğrudur, Türkiyə ağıllı və səbirli bir dövlətdir. Amma bir yerə qədər. Çünki Suriya olmasa, məsələ Türkiyə sərhədlərinə qədər gəlib dayanacaq və son nəticədə dövlətimizi bölmək üçün mövcud olan işə düşəcək”.

Natiq Səlim,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*