Ukraynaya qarşı müharibə başladıqdan sonra Rusiyada ilk dəfə parlament seçkiləri keçirilib.
KONKRET.az xəbər verir ki, son rəqəmlərə görə, hakim “Vahid Rusiya” partiyası Dövlət Duması seçkisində böyük fərqlə öndədir.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, “Vahid Rusiya” partiyası parlamentdəki 450 yerdən 355-nə sahib çıxıb.
Rusiyada 3 gün davam edən seçkilərin son günü Ukraynanın böyük hücum dalğası fonunda baş verib. Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, ordu qüvvələri ölkə ərazisində, eləcə də ilhaq edilmiş Krım yarımadasında və Qara dənizdə ümumilikdə 1110 Ukrayna pilotsuz təyyarəsini vurub.
