Türkiyə XİN-dən Qazaxıstandakı etirazlara REAKSİYAbackend

Türkiyə XİN-dən Qazaxıstandakı etirazlara REAKSİYA

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.

“Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*