Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölübbackend

Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb

Türkiyənin Karaman vilayətində minik avtomobilinin dərəyə aşması nəticəsində üç uşaq həlak olub, dörd nəfər xəsarət alıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə vilayətin Kızık kəndində qeydə alınıb.

Məlumata görə, avtomobil körpüdən keçərkən sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb. Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə, eləcə də axtarış-xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində bir ailənin üç azyaşlı övladı hadisə yerində həyatını itirib. Həlak olan uşaqların meyitləri məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib.

Yaralanan şəxslər hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Karaman Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*