Türkiyə mətbuatı yazır ki, Türkiyədə çalışan azərbaycanlı diplomatlara yüksək gəlir vəd edilərək aldadılıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki ,kriptovalyuta platformasının (ICRYPEX) sahibi Türkiyə vətəndaşı Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovu işə götürüb. Şirinov Azərbaycan banklarından birinin rəhbəri vasitəsi ilə özünü sosial müdafiə təşkilatının əməkdaşı kimi təqdim edərək, Həsənov adlı azərbaycanlı diplomatla (Türkiyə mətbuatı onun adını çəkmir – red.) əlaqə saxlayıb. Şirinov həmyerlisinə yaxşı maaş vəd edib. Aldadılan Həsənov bir neçə dəfə ödəniş edib.
Ümumilikdə, Şirinov üç azərbaycanlı diplomatı aldadaraq onlardan ümumilikdə 350 min dollar alıb. Aldadılan diplomatlar Türkiyə prokurorluğu ilə əlaqə saxlayıblar.
İndi Gökalp İçer və Murad Şirinovu 5 ildən 7 ilə qədər həbs gözləyir.
