Dağıntılar altındakı azərbaycanlı tələbələrdən XƏBƏR VAR – FOTOLARbackend

Dağıntılar altındakı azərbaycanlı tələbələrdən XƏBƏR VAR - FOTOLAR

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

16:34

Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında azərbaycanlı tələbələr də var.

KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, onlar Hümam İsmayıllı, Samir Quliyev, Şahin Verdiyev, Gündüz Nəzərzadədir.

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb.

Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*