Zəlzələdən sonra İskenderunda dəniz səviyyəsi qalxdı – YENİLƏNİB / VİDEObackend

Zəlzələdən sonra İskenderunda dəniz səviyyəsi qalxdı - YENİLƏNİB / VİDEO

Türkiyənin zəlzələlərdən zərər çəkən Hatay şəhərinin İskenderun rayonunda dəniz səviyyəsinin qalxması nəticəsində bəzi küçələri su basıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çay Mahallesi Mete Aslan Bulvarında sahildən içəriyə doğru təxminən 200 metrlik su hövzələri əmələ gəlib.

Suyun səviyyəsinin maşınların təkərləri səviyyəsində olan ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Dənizdən gələn suyun yalnız yollarda olduğu və evlərə çatmadığı bildirilir.

17:03

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, zəlzələlərdən sonra İskəndərunun bəzi küçələri su altında qalıb və bu səbəbdən də bölgədə nəqliyyat sıxlığı meydana gəlib. Yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.

Qeyd olunub ki, yalnız yollar su altında qalıb, evləri su basması barədə məlumat yoxdur.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*