Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülübbackend

Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb

Türkiyədə hakim Ədalət və Kalkınma Partiyasının (AK Parti) rayon təşkilatı rəhbərliyinin üzvü Mehmet Direkə hücum edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, naməlum şəxslər onun oğlunu və qardaşı oğlunu da güllələyiblər, hücuma məruz qalanların hamısı həlak olub. Məlumatı “Cumhuriyet” qəzeti yayıb.

Hakim partiyanın yerli təşkilat rəhbərinə hücum axşam saatlarında Batman şəhərinin Güneykent rayonundakı şəhər qəbiristanlığında baş verib.

Polis cinayət yerini mühasirəyə alıb.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*