Türkiyədə hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayına dair 2026-cı il hədəfi yenilənib.
KONKRET.az xəbər verir ki, Dövlət Hava Meydanları İdarəsinin (DHMİ) hazırladığı hesabatda bu il hava yolu ilə daşınacaq sərnişin sayının 258 milyon 669 min 596 nəfərə çatacağı proqnozlaşdırılır. Bu, əvvəlki 249 milyon hədəfindən xeyli yüksək göstəricidir.
Məlumata görə, 2025-ci ildə birbaşa tranzit sərnişinlər də daxil olmaqla ümumilikdə 247 milyon 180 min 962 nəfər hava yolu ilə səyahət edib. Yeni hesablamalara əsasən, 2026-cı ildə bu rəqəmin təxminən 4,6 faiz artaraq 258,6 milyona yüksələcəyi gözlənilir.
Hesabatda bildirilir ki, 2027-ci ildə sərnişin sayının 271 milyon 743 min 460 nəfərə, sonrakı illərdə isə artımın davam edəcəyi proqnozlaşdırılır. Ən böyük artımın daxili reyslərdə qeydə alınacağı gözlənilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
