Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldubackend

Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu

Türkiyədə investisiya fondları ilə bağlı aparılan genişmiqyaslı cinayət işi çərçivəsində daha iki yüksək vəzifəli şəxs həbs olunub.

KONKRET.az musavat.com-a istinadən bildirir ki, bu barədə Türkiyənin “Haberler” nəşri məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) sədr müavini Muhammet Erişen və “Adil Katılım Bankı”nın baş direktoru Murat Yönaç həbs edilərək cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Bundan başqa, eyni istintaq çərçivəsində saxlanılan BDDK-nın digər yüksək vəzifəli əməkdaşlarından Bilal Soysalın da həbs edildiyi bildirilir.

Qeyd edək ki, Türkiyədə kapital bazarlarında şübhəli əməliyyatlar və investisiya fondlarında baş verən qeyri-adi maliyyə hərəkətləri ilə bağlı genişmiqyaslı istintaq aparılır.

İstintaqın əsas istiqamətlərindən biri bazar manipulyasiyası, qanunsuz gəlir əldə edilməsi və maliyyə vəsaitlərinin mənimsənilməsi iddialarıdır.

Türkiyənin Kapital Bazarları Şurası 17 sentyabr 2026-cı ildə yeddi portfel idarəetmə şirkətinə məxsus 131 investisiya fondunun alqı-satqısını dayandıraraq onların ləğvi barədə qərar qəbul edib.

İş üzrə indiyədək bir sıra tanınmış şəxslər də həbs olunub. Onların arasında Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, “Tera Yatırım Holding”in İdarə Heyətinin sədri Emre Tezmen, iqtisadçılar Emre Alkin və Kerem Alkin, “Altınbaş Holding”in sahibi Nusret Altınbaş, “Türkiye Sigorta”nın keçmiş baş direktoru Taha Çakmak da var.

Araşdırma çərçivəsində keçmiş SPK sədr müavini Enver Usca və qurumun digər sabiq rəhbər şəxsləri barəsində də həbs qərarları verilib.

İnvestisiya fondlarına pul yatıran vətəndaşların vəsaitlərinin qaytarılması prosesi isə mərhələli şəkildə davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*