Türkiyədə leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edildibackend

Türkiyədə leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyənin Rize, Ordu, Giresun, Trabzon və Artvin şəhərlərində şiddətli yağışların yağması gözlənilir.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbərdarlıq edib.

“Ani sel, su basması və ildırım vurması təhlükələrinə qarşı tədbirli olun”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərində leysan yağışları səbəbindən əmələ gələn sel dağıntılara səbəb olub, 27 insan həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*