Türkiyədə iyunun əvvəlindən meşə yanğınlarının törədilməsində şübhəli bilinən 43 nəfər müəyyənləşdirilib, onlardan 11-i həbs olunub.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Akın Gürlek deyib.
Nazirin sözlərinə görə, son bir həftə ərzində Adıyaman, Antalya, Aydın və Balıkesir də daxil olmaqla vilayətlərdə baş verən 10 meşə yanğını ilə bağlı araşdırmalar çərçivəsində 6 şübhəli barəsində iş açılıb. Onlardan 2-si həbs edilib.
Gürlek bildirib ki, iyunun 1-dən etibarən 22 vilayətdə baş verən 64 meşə yanğını ilə bağlı araşdırmalar zamanı ümumilikdə 43 şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs edilib, 18 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Türkiyədə yay aylarında meşə yanğınları əsasən ölkənin cənub və cənub-qərb bölgələrində baş verir. Yanğınlara isti hava və güclü külək səbəb olur.
