Türkiyədə meşə yanğınları ilə bağlı yeni qurum yaradıldıbackend

Türkiyədə meşə yanğınları ilə bağlı yeni qurum yaradıldı

Türkiyədə meşə yanğınlarının qarşısının operativ şəkildə alınması üçün Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdində Aviasiya Baş İdarəsi yaradılıb.

KONKRET.az xəbər verir ki, idarə baş verə biləcək yanğınlar zamanı aviasiya xidmətlərinin yerinə yetirilməsi üçün kadr planlaşdırılması ilə yanaşı, zəruri hava vasitələrinin və digər avadanlığın satın alınması, icarəyə verilməsi, hazırlanması, eləcə də təhlükəsiz istifadəsini təmin edəcək.

Bundan əlavə, hava vasitələrinin texniki qulluğu, təmiri, modifikasiya və xidmət bülleteni tətbiqlərinin səlahiyyətli yerli və ya xarici texniki xidmət mərkəzlərində həyata keçirilməsi, uçuş, reyestr və texniki xidmət qeydləri ilə bağlı iş və əməliyyatların həyata keçirilməsi, aviasiya vasitələrinin uçuş və yer təhlükəsizliyi ilə bağlı fəaliyyətlərini yerinə yetirmək də idarənin vəzifələri arasında yer alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*