Türkiyədə meyiti tapılan azərbaycanlı iş adamının FOTOSUbackend

Türkiyədə meyiti tapılan azərbaycanlı iş adamının FOTOSU

Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, tapılan meyit 1977-ci il təvəllüdlü Rövşən Zeynalova aiddir.

Onun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

Digər əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamı “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*