Türkiyədə Zuhal Topalın evlilik verilişi ilə tanınan bəy namizədi Uğur Doğan itihar edib.
Gənc oğlanın intiharı ölkədə böyük səs-küy yaradıb.
Uğur Doğan adlı gənc sosial hesabında video paylaşıb və dostları ilə sağollaşaraq intihar edib.
Hadisə dünən 18:30 radələrində baş verib. Xəstəxanaya çatdırılan bəy namizəd bütün müdaxilələrə baxmayaraq vəfat edib. Doğan sianid turşusu içərək həyatına son qoysa da onun evinə baxış zamanı hər hansı kimyəvi maddə tapılmayıb. Buna görə onun ölüm səbəbini dəqiqləşdirmək üçün cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Verilişin aparıcısı Zuhal Topal hadisədən dolayı çox üzgün olduğunu bildirib: “Çox üzgünəm. Son dərəcə mərifətli bir oğlan idi. Ailəsinə səbr,allahdan rəhmət diləyirəm”.

Qeyd edək ki, intiharından əvvəl sosial şəbəkədə video-müraciət yayan Uğur ağlının və huşunun özündə olduğunu, ona ayrılmış vaxtın sona çatdığını deyib.
Musavat.com
