Türkiyədə vəfat edən Vətən müharibəsi qazisi Yaqub Qəhrəmanlının cənazəsi Tərtər rayonuna gətirilib.
KONKRET.az-ın xəbərinə görə, Yaqub bu gün Tərtər rayon Dəmirçilər kənd qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, Y.Qəhrəmanlı Vətən müharibəsi zamanı cəbhənin keçmiş Ağdərə rayonu ərazisində başından yaralanmışdı.
Bir müddət Bakıda müalicə olunub, sonra isə Türkiyə Cümhuriyyətində yerləşən xəstəxanaların birinə köçürülmüşdü. Lakin həkimlərin müdaxiləsi onun yaşamasına səbəb ola bilməyib.

