Türkiyədə yanğınsöndürənlərə su daşıyan gənc faciəvi şəkildə həlak oldu – FOTObackend

Türkiyədə yanğınsöndürənlərə su daşıyan gənc faciəvi şəkildə həlak oldu - FOTO

Türkiyənin Marmaris ərazisində baş verən meşə yanğınlarında yanğınsöndürənlərə su daşıyan Şahin Akdemir həlak olub.

KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, 25 yaşlı Akdemir könüllü olaraq, motosikletinə yerləşən qədər içməli suyu yanğınsöndürənlərə daşıyıb.

Ərazidən çıxarkən qəza keçirən gənc alovların arasında qalaraq ölüb.

Onun son paylaşımı insanları duyğulandırıb:

“Su daşımağa davam, yenə yanğınsöndürənlərə su daşıyacağıq. Allah xeyir işlərimizi qəbul etsin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*