Türkiyədən S-400 açıqlaması: “Rusiya ilə əməkdaşlığa…”backend

Türkiyədən S-400 açıqlaması: “Rusiya ilə əməkdaşlığa..."

S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığa davam ediləcək.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib.

“S-400 məsələsində mövqeyimiz həmişə son dərəcə açıq olub. S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*