Türkiyədən ŞAD XƏBƏR gəldi: İES-dəki yanğın söndürüldübackend

Türkiyədən ŞAD XƏBƏR gəldi: İES-dəki yanğın söndürüldü

Muğlanın Milas rayonunda yanğının söndürülməsi üçün işlər davam etdiyi vaxt Kəmərköy İstilik Elektrik Stansiyasına yayılan alovlar səhərə yaxın təsirini itirib.

KONKRET.az xəbər verir ki, 6 gündür Milasda davam edən yanğınlar dünən axşam saatlarında İES-in yerləşdiyi əraziyə yayılmağa başlayıb.

Stansiyanın ətrafında qazılmış xəndəklərdən sıçrayan yanğın təxminən 10 saat davam edib.

Elektrik stansiyasındakı yanıcı və partlayıcı maddələr və işçilər təhlükəsizlik məqsədləri ilə evakuasiya edildikdən sonra yanğına qarşı güclü mübarizə başlayıb. Səhər saatlarında stansiyada yanğının qarşısını almaq mümkün olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*