Türkiyədə HDP siyahısından millət vəkili seçilən, daha sonra Türkiyə İşçi Partiyasına keçən siyasətçi Barış Atayın qatıldığı proqramda şəhid polislərlə bağlı çıxışı sərt reaksiyalara səbəb olub.
KONKRET.az xəbər verir ki, onun çıxışı zamanı şəhid olan polislərə “onlar edam edildi” deməsi zaldakı insanları qəzəbləndirib.
Zaldakı insanların sərt reaksiyası ilə qarılaşan siyasətçi daha sonra “tamam şəhid olsun, rahat oldunuzmu?”, -deyə çıxışına düzəliş edib.
Daha sonra Barış Atay çıxışına belə davam edib: “Dostlar, şəhid hərfi mənada Allah yolunda cihad edərkən qeyri-müsəlmanlar tərəfindən öldürülən deməkdir. Cihaddasınız, dostlar?”
