Türkiyənin DÇ-2026 üçün heyəti: Onlar siyahıda yoxdur…backend

Türkiyənin DÇ-2026 üçün heyəti: Onlar siyahıda yoxdur...

Türkiyə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

 KONKRET.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella geniş siyahıdan 9 futbolçunun adını çıxararaq yekun heyəti müəyyənləşdirib.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Uğurcan Çakır

Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Dəmiral, Mərt Müldür, Ozan Kabak, Samet Akaydın, Zəki Çelik

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yükək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan

Hücumçular: Arda Gülər, Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün

Bununla yanaşı, Ersin Dastanoğlu, Muhammed Şengezer, Əhmədcan Kaplan, Yusif Akçiçək, Mustafa Əskihellaç, Atakan Karazor, Dəmir Ege Tıknaz, Aral Şimşir və Yusif Sarı yekun heyətdən kənarda qalıblar.

Xatırladaq ki, Türkiyə yığması mötəbər turnirin qrup mərhələsində ABŞ, Paraqvay və Avstraliya milliləri ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, 11 iyun – 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq ev sahibliyi edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*