Türkiyənin İraqdakı hərbi bazasına raket hücumu oldubackend

Türkiyənin İraqdakı hərbi bazasına raket hücumu oldu

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı məlumat yayıb.

Qeyd olunub ki, səhər saatlarında bazaya təxminən səkkiz raket atılıb. İki raketin bazaya, qalanlarının isə onun hüdudlarından kənara düşdüyü bildirilib.

Raket hücumu nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Zlikan bazası vaxtaşırı müxtəlif növ hücumların hədəfinə çevrilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*