Türkiyənin “Pegasus” şirkəti İstanbul-İrəvan reysi üçün Ermənistan aviasiya rəhbərliyinə müraciət etdibackend

Türkiyənin “Pegasus”şirkəti İstanbul-İrəvan reysi üçün Ermənistan aviasiya rəhbərliyinə müraciət etdi

Türkiyənin “Pegasus” şirkəti İstanbuldan İrəvana uçmaq üçün Ermənistan aviasiya rəhbərliyinə müraciət edib.

KONKRET.az SputnikArmeniya-ya istinadla xəbər verir ki, şirkət Ermənistanın Mülki Aviasiya Komitəsinə fevral ayından başlayaraq həftədə iki reysin həyata keçirilməsi üçün ərizə təqdim edib.

Komitə ərizəyə münasib vaxt ərzində baxacaq.

Bundan əvvəl Ermənistan Dövlət Komitəsi artıq Ermənistanın “Flyone Armenia” şirkətinə İstanbula uçmağa icazə verib. Uçuşlar həftədə üç dəfə çarterlə həyata keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*