Türkiyənin Sahil Mühafizəsi Muğla əyalətinin cənub-qərbində, Mərmərə dənizi sahillərində 34 nəfər qanunsuz miqrantı xilas edib.
Bu barədə KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Miqrantlar qayıqlarla Egey dənizini keçməyə cəhd ediblər. Lakin Yunanıstan sahil mühafizəsi onları Türkiyənin ərazi sularına göndərib.
Sahil Mühafizəsinin əməkdaşları miqrantları quruya çatdırıblar.
Qanuni prosedurlar tamamlandıqdan sonra qeyri-qanuni immiqrantlar Muğla İl Miqrasiya İdarəsinə aparılıb.
