Türkiyənin zəlzələ bölgəsindən Bakıya gələn tələbələr belə qarşılandı – VİDEObackend

Türkiyənin zəlzələ bölgəsindən Bakıya gələn tələbələr belə qarşılandı - VİDEO

Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin zəlzələ bölgəsində çətin vəziyyətdə qalan azərbaycanlı tələbələr vətənə gətirilib.

KONKRET.AZ Xəzər TV-yə istinadla xəbər verir ki, 102 tələbə Türkiyədən Naxçıvana, oradan isə təyyarə ilə Bakıya yola düşüblər.

Tələbələrin vətənə rahat dönməsi üçün onları xüsusi nümayəndə heyəti müşayət edib.

Kimi həsrətlə övladını, kimi isə qardaş və bacısını gözləyir. Türkiyənin zəlzələ bölgəsindən gələn tələbələr hava limanında belə qarşılandı.

Prezident İlham Əliyevin tapşırığı ilə Elazığ bölgəsində baş verən zəlzələ ilə əlaqədar çətin şəraitdə qalan azərbaycanlı tələbələr ölkəmizə gətirilib.

Övladlarına görə nigaran qalan valideynlərin sevincinin həddi-hüdudu isə yox idi.

Tələbələrlə Təhsil Nazirliyinin psixoloq qrupu tərəfindən xüsusi söhbətlər aparılıb. Onlar nazirlik tərəfindən təşkil edilən avtobuslarla evlərinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*