Türkmənistan “ağıllı” televizorlar istehsal edəcəkbackend

Türkmənistan "ağıllı" televizorlar istehsal edəcək

 

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.azın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanda yaxın zamanda “ağıllı” televizorlar tezliklə istifadəyə veriləcək. Bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verilib.

Xüsusilə ekran ölçüləri 32, 42 və 55 düyüm olan ağıllı televizor istehsalına başlamaq planlaşdırılır. Telekommunikasiya və İnformatika İnstitutunun Gənc Alimlər Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış proqram təminatı əsasında quraşdırılmış İP tünerlərlə təchiz ediləcək. Bu məhsulların yüksək keyfiyyətini təmin etmək üçün bir sıra mütəxəssislər xaricdə müvafiq təlim keçiblər.

Yerli ağıllı televizorların istehsal olunması ideyasını təsdiqləyən Prezident Qurbanqulu Berdimuhamedov Türkmənistanda müasir sənayenin, o cümlədən elektron sənayenin, birgə müəssisələrin yaradılması üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və yerli özəl şirkətlərin bu sahədə daha fəal iştirak etmələrini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*