KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanın dövlət televiziyası “Altın Əsr”in “Vətən” proqramının axşam buraxılışında respublikanın cənubundakı Marıda Müstəqillik Gününə həsr olunan bayram tədbirləri nümayiş etdirilib.
Verilişdə insanların qruplarla konsertlərə getdikləri və əyləndikləri göstərilib. Şəhər sakinləri isə bildirirlər ki, “Sentyabrın 27-də Marı şəhərində heç bir bayram və konsert olmayıb. Sakinlər “Vətən”in bu nümayişinə çox gülüblər”.
İ.MUSAYEV
