Türkmənistanda QƏRİBƏ QADAĞALAR – Əl-ələ tutan cütlük SAXLANILDIbackend

Türkmənistanda QƏRİBƏ QADAĞALAR - Əl-ələ tutan cütlük SAXLANILDI

Türkmənistanda əl-ələ tutan şəxslərin saxlanmasına başlanılıb.

KONKRET.az xəbər verir ki, Məryəm şəhərində onlarla cütlük ictimai yerlərdə əl-ələ tutduqları üçün saxlanılıb. Polis saxlanılanları “ənənəvi sosial normaları” pozmaqda ittiham edib.

Onlar şöbəyə qandallı gətirilib, orada saxlanılan qadınlara “kişilərlə əl-ələ verərkən ədəb-ərkanı pozduqları” barədə mühazirələr oxunub.

Qeyd edək ki, Türkmənistanda yeni prezident seçiləndən sonra qadınlara bəzi qadağalar qoyulub. Botoksun tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsi də qadağan edilib.

Bu xidmətləri göstərən ustalar 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*