“Tutaq ki, baş nazir, prezident ruhi xəstədir, onlar dövlət sirrini necə qoruya bilər?”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının katibi Arsvik Minasyan deyib.
Ermənistan parlamentinin Dövlət-Hüquq Məsələləri Daimi Komitəsinin bu gün keçirilən iclasında “Dövlət sirri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihələr paketi müzakirəyə çıxarılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Tiqran Arutyunyan bildirib ki, müxalifətdən olan deputatların mövqelərinə görə, toxunulmazlıq üç nəfərə verilir: prezident, baş nazir və parlamentin spikerinə. O qeyd edib ki, dövlət sirri ilə bağlı qaydaları pozduqda onlar cinayət məsuliyyətindən azad edilmir.
Arsvik Minasyan ona belə cavab verib:
“İndi gəlin elə bir vəziyyəti təsəvvür edək ki, sizin adını çəkdiyiniz 3 məmur – prezident, baş nazir, parlament sədri bu tələblərə tabedir.
Məsələn, psixi xəstəlik, şizofreniya, manyaklıq, narkomaniya və s. xəstəliklər var. İndi biz necə əmin ola bilərik ki, bu insanlar bu xəstəliklərdən əziyyət çəkmirlər?!
Və ya ağır cinayətlər baxımından onlara qarşı cinayət işi açılıb, həmin şəxs də ya prezident, ya baş nazir, ya da spikerdir. Onlar ifşa olunarsa, bu şəxslərin dövlət sirrindən istifadə hüququ necə dayandırılmalıdır?”.
Xuraman Etibarlı,
KONKRET.az
