Üç ölkə lideri Ukraynaya SƏFƏR ETDİbackend

Üç ölkə lideri Ukraynaya SƏFƏR ETDİ

Şolts, Makron və Draqi Ukraynaya gedib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi Ukraynadadır.

Məlumata görə, Makron, Şolz və Draqi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Siyasətçilərin Kiyevə Varşavadan gəldiyi iddia edilir. Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən onların Kiyevə səfər etməyi planlaşdırdıqları barədə daha əvvəl Almaniyanın “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.

Makron bu yaxınlarda Ukraynanın iki qonşusuna, Rumıniya və Moldovaya səfər edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*