“Erməni xalqı barışıq yolunu seçdi”.
KONKRET.az bildirir ki, bu sözləri hərbi ekspert İqor Korotçenko “SputnikLive”-a verdiyi müsahibəsində deyib. Hərbi ekspert müsahibəsində vacib sualları cavablandırıb.
Korotçenkonun fikirlərinə görə 3-tərəfli bəyanatın tam tətbiqinə başlanılsa Qarabağda Türkiyə bazasının yaradılmasına lüzum olmayacaq.
“Qarabağla bağlı üçtərəfli bəyanatların geniş miqyaslı tətbiqinə nail olsaq və sərhədlərin demarkasiyası, delimitasiyası prosesinə başlasaq, Azərbaycanda türk bazalarına ehtiyac olmayacaq”, – deyə politoloq bildirib.
Ekspert Paşinyanın yenidən seçilməsini erməni xalqının barışıq istəyi kimi qiymətləndirərək deyib:
“Paşinyan revanşist fikirləri rədd edir və onun bəyanatlarını dialoqlara, qonşularla münasibətləri normallaşdırmağa hazır olma kimi qiymətləndirmək olar.
Erkən parlament seçkilərinin nəticələri göstərdi ki, erməni xalqı barışığa səs verdi. Bu da İrəvanda Bakının mövqeyi ilə razılaşmağa şans verir”.
Ətraflı videoda:
Xuraman Etibarlı
KONKRET.az
