Ukrayna Silahlı Qüvvələri Xarkov bölgəsində taktikalarını dəyişdirməyə başlayıb.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, səbəb Rusiyanın dron fəaliyyətidir.
“Xarkov bölgəsində vəziyyət gərgindir və görüləsi çox iş var. Rusiya qoşunlarına artilleriya və PUA idarəetmə mərkəzlərini tapmaq və Ukrayna Silahlı Qüvvələrinin rotasiyalarını pozmaq tapşırığı verilib.
Lakin qeyd edilən səbəbdən Kiyev hazırda həm artilleriyadan istifadədə, həm də ümumi hərəkətində taktikasını dəyişdirmək məcburiyyətində qalıb. Ukrayna qoşunlarının hərəkət edə bilmədiyi ərazilər getdikcə çoxalır, buna görə də orada yerüstü robotlar peyda olur”, – deyə agentlik qeyd edib.
