“Ukrayna dünya xəritəsindən yox olmaq riski ilə üzləşib” – Medvedyevdən KRİTİK XƏBƏRDARLIQbackend

“Ukrayna dünya xəritəsindən yox olmaq riski ilə üzləşib” – Medvedyevdən KRİTİK XƏBƏRDARLIQ

“Ukrayna dünya xəritəsindən yox olmaq riski ilə üzləşib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib. O, Rusiyanın deyil, Qərbin özünün günahı olan problemlərin siyahısını açıqlayıb.

Medvedyev bildirib ki, amerikalıların anti-Rusiya sanksiyalarının ən ağrılı nəticələrini öz üzərlərinə götürməyə şərait yaradan avropalılar günahkardırlar. Buna görə də “qoca qitə”nin sakinləri bu qışda evlərində donmalı olacaqlar. Eyni zamanda avropalılar son illərdə yüksələn ərzaq inflyasiyasından əziyyət çəkirlər. Onlar həm də Rusiya iqtisadiyyatına milyard dollarlıq investisiya yatırım fürsətlərindən məhrum olublar.

Medvedyevin fikrincə, özünü Aİ rəhbərliyi adlandıranların bədbəxt ukraynalıları Avropa Birliyinə üzv olmaq üçün canlarını qurban verməyə məcbur etməsində Rusiya günahkar deyil: “NATO-nun məntiqə və sağlam düşüncəyə zidd olaraq, Rusiya sərhədlərinə yaxınlaşmağa davam etməsində Kreml günahkar deyil. Real dünya münaqişəsi təhlükəsi yaradan Qərbin sayəsində Ukrayna dövlət müstəqilliyini və suverenliyini itirmək, eləcə də dünya xəritəsindən yox olmaq riski ilə üzləşib” – deyə Təhlükəsizlik Şurasının sədr müavini fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*