Ukrayna ilə bağlı kritik görüş başlayır: Tramp gələn həftənin anonsunu verdibackend

Ukrayna ilə bağlı kritik görüş başlayır: Tramp gələn həftənin anonsunu verdi

Ukrayna münaqişəsinin həlli ilə bağlı təmaslar gələn həftə Səudiyyə Ərəbistanında baş tutacaq.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlardan əvvəl deyib.

“Sabah Münhendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək vəzifəli məmurlarla görüş baş tutacaq. Burada Ukrayna da iştirak edəcək”, – dövlət başçısı bildirib.

O, ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq istədiyini təsdiqləyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*