“Ukrayna məsələsini hərbi yolla həll edə bilməyəcəyik” – Şahnazarov ritorikasını DƏYİŞDİ – VİDEObackend

"Ukrayna məsələsini hərbi yolla həll edə bilməyəcəyik" - Şahnazarov ritorikasını DƏYİŞDİ - VİDEO

“Etiraf etmək lazımdır ki, Ukrayna xalqı bir reallıqdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya televiziyasının canlı efirində rusiyalı rejissor Karen Şahnazarov deyib. Həmişə rus təbliğatı ilə məşğul olan Karen Şahnazarov Ukraynadakı müharibə ilə bağlı ritorikasını dəyişib. O bildirib ki, münaqişənin həlli üçün təkcə hərbi yol seçmək lazım deyil.

“Ukrayna məsələsini yalnız hərbi yolla həll etməyə cəhd etsək, alınmayacaq. Biz bunu belə həll etməyəcəyik, bu, çox çətindir. Etiraf etməliyik ki, Ukrayna xalqı bir reallıqdır. Və deməyin ki, onlar tərəfindən uydurulub. Onları Avstriya-Macarlar uydurmayıb. Klassikləri, Çexovu, Qoqolu oxuyun. Bəli, bu, bizə yaxın, lakin öz şəxsiyyətində formalaşmış xalqdır, İstəsək də, istəməsək də”, – Şahnazarov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*