Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə üç bayram gününün tarixinin dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, İsa peyğəmbərin mövludu günü yanvarın 7-də deyil, dekabrın 25-də qeyd ediləcək.
Xatırladaq ki, Milad bayramı ABŞ-da da dekabrın 24-ü və ya 25-də qeyd olunur.
Layihədə Ukraynanın Dövlətçilik Gününün iyulun 15-də (əvvəl iyulun 28-i idi), Ukrayna Müdafiəçiləri Gününün isə oktyabrın 1-də (əvvəl oktyabrın 14-ü idi) qeyd edilməsi təklif olunub.
