2022-ci ildə alman şirkətlərinin 11%-i hakerlərin qurbanı olub ki, bu da təxminən 50 min kiberhücum deməkdir.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Ukraynadakı müharibə ölkədə haker hücumlarının kəskin artmasına səbəb olub.
Agentlik bu barədə Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin sorğusuna istinad edir.
Sorğuda iştirak edən müəssisələrin 58%-i Rusiyanın Ukraynaya hücumundan sonra kibertəhlükəsizlik riskinin artdığını bildirib.
Qeyd olunub ki, bu, iri müəssisələr, dövlət sektoru və tibb şirkətləri üçün daha riskli olub. Buna görə təsirə məruz qalan müəssisələrin 55%-i kibertəhlükəsizliyi gücləndirib.
İqbal Rzayev,
KONKRET.az
