Ukrayna Silahlı Qüvvələri iyulun 21–22-də Rusiya nəzarətində olan ərazilərdə yerləşən 13 energetika obyektini sıradan çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Unensiz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat yayıb.
Onun sözlərinə görə, qeyd olunan tarixlərdə vurulan hədəflər arasında Aluşta, Yalta, Luçistoye, Alupka, Ponizovka, Zimino və Qaspradakı yarımstansiyalar, həmçinin Berdyansk, Olqino və Bilmakdakı enerji obyektləri var.
Bununla da iyulun 1-dən başlanan əməliyyat nəticəsində məhv edilən ümumi energetika hədəflərinin sayı 117-yə çatıb.
Natiq Səlim,
KONKRET.az
