“Ukrayna uduzsa, növbə Baltikyanı ölkələrindir” – Estoniyanın Baş Naziri: “Bizim B planımız yoxdur”backend

“Ukrayna uduzsa, növbə Baltikyanı ölkələrindir” - Estoniyanın Baş Naziri: “Bizim B planımız yoxdur”

Estoniyanın baş naziri Kaja Kallas bəyan edib ki, Rusiya Ukraynadakı müharibədə qalib gəlsə və Baltikyanı ölkələrə üz tutsa, ölkəsinin B planı yoxdur.

KONKRET.az xəbər verir ki, Kallas daha sonra deyib: ”Doğrudur, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin bitəcəyi təqdirdə Baltikyanı ölkələrin nəzarət altına alınması riskinə hazır deyil.

Qərb ölkələrinin getdikcə aqressivləşən Rusiyanın ekzistensial təhlükəsinə ayılmalı olduğunu ifadə edən Kallas vurğulayıb ki, “Rusiya cəmiyyətlərimizə qorxu salmaq istəyir. “Biz Aİ-nin bir çox yerində müxtəlif hibrid hücumlar görürük”.

Kallasa görə, “Əgər hər bir NATO üzvü ümumi daxili məhsulunun 1 faizindən çoxunu versəydi, Ukrayna müharibəni qazanardı. Lakin buna baxmayaraq, pessimist olmamalıyıq. Ukraynada qələbə təkcə torpaq məsələsi deyil. Ukrayna NATO-ya daxil olarsa, hətta bir az torpaq olmasa belə, bu, qələbə olacaq, çünki o, NATO-nun çətiri altına girəcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*