Ukrayna və Britaniya xarici işlər nazirləri Berlində görüşdübackend

Ukrayna və Britaniya xarici işlər nazirləri Berlində görüşdü

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba britaniyalı həmkarı Liz Trasla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə nazir Kuleba “Twitter”də bildirib.

Onun sözlərinə görə, görüş Berlində G7 XİN başçılarının iclasından əvvəl baş tutub.

Söhbət zamanı tərəflər Ukrayna və Britaniya arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

“Biz Ukraynaya daha çox hərbi yardım, Rusiyaya qarşı yeni sanksiyalar və Rusiyanın Ukraynadakı ağır cinayətlərinə görə məsuliyyətə cəlbetmə yollarını müzakirə etdik”, – Ukrayna XİN rəhbəri deyib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*