Ukrayna Xəzərə HÜCUM ETDİ: Bu obyektlər vuruldu – VİDEO backend

Ukrayna Xəzərə HÜCUM ETDİ: Bu obyektlər vuruldu - VİDEO 

Ukrayna qüvvələri Xəzər dənizində yerləşən bir sıra hədəflərə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, məlumatlarda bildirilir ki, hücum nəticəsində “Molniya” raket kateri, İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə edildiyi iddia olunan və sanksiyalar altındakı “Port Olya 2” və “Begey” yük gəmiləri, həmçinin Filanovski neft yatağındakı hasilat platforması hədəfə alınıb.

Bundan əlavə, Rostov şəhərində S-400 zenit-raket kompleksinin radiolokasiya stansiyasına, Tor-M2 zenit-raket kompleksinə, Pole-21 radioelektron mübarizə sisteminə və FPV pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara da zərbələr endirildiyi bildirilir.

Teleqram kanallarında Yekaterinburqdakı Wildberries anbarına endirilən zərbənin yeni görüntüləri də yayılıb. Kadrlarda anbarın yaxınlığında park edilmiş avtomobillərin də zərbədən zərər gördüyü görünür.

 

 

.

 

 

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*