Ukrayna XİN Gürcüstan hakimiyyətindən Saakaşvili ilə “haqq-hesabı” dayandırmağı TƏLƏB ETDİbackend

Ukrayna XİN Gürcüstan hakimiyyətindən Saakaşvili ilə “haqq-hesabı” dayandırmağı TƏLƏB ETDİ

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətindən Saakaşvili ilə “haqq-hesabı” dayandırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi Tbilisi şəhər məhkəməsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsdə qalması barədə qərarından məyusdur.

Ukrayna diplomatları qeyd ediblər ki, məhkəmə həkimlərin Saakaşvilinin xəstəliyinin şiddəti ilə bağlı gəldiyi nəticəni nəzərə almayıb.

“Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşı ilə siyasi hesablaşmanı dərhal dayandırmalı, onun hüquqlarına riayət olunmasına zəmanət verməli və onu Ukraynaya təhvil verməlidir”, – bəyanatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşı Mixail Saakaşvilinin maraqlarını qorumaqda davam edəcəklərini qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*