Keyfiyyətsiz döyüş sursatları Ukrayna Silahlı Qüvvələrində itkilərə səbəb olur.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko bildirib.
Ekspert Ukrayna bölmələrindən birində çəlləkdə keyfiyyətsiz minanın partlaması nəticəsində itkilərdən danışıb: “Döyüş tapşırığı zamanı 120 mm-lik mina partlayıb. Nəticədə bir hərbçi yerindəcə ölüb, daha ikisi ağır yaralanıb”. Onun sözlərinə görə, insidentin baş vermə səbəblərinin əsas versiyası nasaz döyüş sursatlarının istifadəsidir. Bundan əvvəl mətbuatda Ukrayna hərbçilərinin mütəmadi olaraq keyfiyyətsiz döyüş sursatları alması ilə bağlı məlumatlar yayılıb . Xüsusilə, ötən ilin dekabrında Ukrayna Silahlı Qüvvələrinə “Ukroboronprom” konserni tərəfindən verilmiş 150 min minanın qüsurlu olması səbəbindən geri qaytarılıb.
Vəli Həsənoğlu,
KONKRET.az