Ukraynada 41 yaşayış məntəqəsi işıqsız qaldı – Fırtınabackend

Ukraynada 41 yaşayış məntəqəsi işıqsız qaldı - Fırtına

5 fevral səhər saatlarında Ukraynada hava şəraitinin çətinləşməsi səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb. Nəticədə iki vilayətdə (Odessa və İvano-Frankovsk) 41 yaşayış məskəni işıqsız qalıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna FHN-nin mətbuat xidməti yayıb.

Hazırda elektrik təchizatının bərpası üzərində işlər gedir.

Xatırladaq ki, ukraynalılar havanın kəskin pisləşməsi barədə xəbərdarlıq alıblar.

Ölkə ərazisinə daxil olan Petra fırtınası ucbatından yaxın günlərdə yağıntıların və güclü küləklərin güclənəcəyi deyilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*