Ukraynada qadağalar dayandırıldı: İnsanlar karantini lağa qoyurbackend

Ukraynada qadağalar dayandırıldı: İnsanlar karantini lağa qoyur

Ukraynanın kurort şəhərlərindən sayılan Odessanın meri Gennadi Truxanov karantin rejiminin bitməsini elan edib. O, “strana.ua” portalına müsahibəsində məhdudlaşdırmaya son qoyulduğunu deyib.

KONKRET.az xəbər verir ki, Odessanın meri karantin rejiminin bitdiyini, iaşə obyektlərinin işə başlamasına maneə görmədiyini bildirib. “Komissiya yaratdıq, rəqəmləri hesabladıq. Sərt rejimdə qaydalara əməl olunmursa, deməli, ümumiyyətlə mümkün deyil. Lazımi həddi tapmaq – kim işləsin, kim işləməsin – bu çox çətin məsələdir”, – mer qərarı belə izah edib.

Truxanov Ukraynanın baş sanitar həkimi Viktor Lyaşkonun fikrini xatırladıb. O, virusun yayılma sürətinin artmayacağını bildirmişdi. Mer məhdudlaşdırmanın gülməli vəziyyət yaratdığını dilə gətirir: “Odessada insanlar onsuz da gərgin görünmürdü. İndi ümumiyyətlə karantini lağa qoyurlar. Çıxılmaz situasiya olduğunu yaxşı anlayıram”.

Truxanovun fikrincə, insanlara sərbəstlik vermək lazımdır: “Bazarları gah bağlayıb, gah da açmaq lazım deyildi. İnsanlar bizə gülür”.

Mer etiraf edib ki, polis karantin rejiminə əməl olunmasına nəzarəti əlində saxlaya bilmir.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*